Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlandı
"Nəzərə alaq ki, bu il Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir. Bu baxımdan Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə təşkil etməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir", - deyə deputat vurğulayıb.
YAP rəsmisi hesab edir ki, seçkilərin vaxtını əvvələ çəkməklə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək:
"Prezident seçkiləri konstitusiyada nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel surətdə bir neçə istiqamətdə öz fəaliyyətini göstərməli olacaqdı. İndiki situasiyada isə seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Eyni zamanda cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil olacağıq”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: YAP Seçki Prezident Aydın-Mirzəzadə