Çəkmə atanlar həbs olundu

Çəkmə atanlar həbs olundu
  30 Sentyabr 2013    Oxunub:1189
İran Prezidentinə çəkmə atan şəxslər həbs olundu
Polis İran Prezidenti Həsən Ruhaninin Tehran hava limanına gəlişi zamanı asayişi pozmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

AzVision.az xəbər verir ki, məlumatı Trend "Mehr" agentliyinə istinadən yayıb. Hazırda iş üzrə araşdırma aparılır.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasında H.Ruhaninin göstərdiyi mövqedən narazı qalanlar dövlət başçısı Nyu-Yorkdan Tehrana gələn zaman aeroporta toplaşaraq etiraz etmişdilər. Hətta bir neçə nəfər Prezidentə çəkmə atmışdı.


Teqlər:





Xəbər lenti