Fəlakətin əsas yükü ölkənin 30 əyaləti öz üzərinə götürüb. Minlərlə evi su basıb, yollar örtülüb.
Ölkənin baş naziri Yinqlak Çinavat Paçinburi əyalətin ziyarət edib. Orda suyun səviyyəsi artıq 2-metrə qalxıb. Dövlət əyalətlərdə vəziyyətin ağır olduğunu bildirir. Humanitar yardım kimi bu bölgələrə rezin qayıqlar, düyü və quru meyvələr göndərilib.
Bu arada Tayland Krallığının meteoroloji şöbəsi ölkənin şimal-şərq və şərq hissəsində leysan yağışların olacağı haqda xəbərdarlıq edib.
Təbii hadisənin dəhşətləri havadan çəkilən şəkillərdə öz əksini tapıb.