Səudiyyə generalı Azərbaycana gəlir

Səudiyyə generalı Azərbaycana gəlir
  06 Fevral 2018    Oxunub:1578
Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Səudiyyə-Ərəbistanı   Azərbaycan   Səfər  





Xəbər lenti