İran “Zeytun budağı”nın əleyhinə çıxdı

İran “Zeytun budağı”nın əleyhinə çıxdı
  06 Fevral 2018    Oxunub:2101
İran Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatının dayandırılması ilə bağlı çağırış edib.
AzVision.az-ın məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasemi bildirib ki, əməliyyat Suriyanın suvernliyini təhdid edir.

“Əməliyyat Suriyanın suverenliyini təhdid altında qoyur və ölkədəki gərginliyi daha da artıracaq. Türkiyə əmliyyatı dərhal dayandırmalı, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”, - Kasemi deyib.

İranın mövqeyi Türkiyənin rəsmi dairələrində etirazla qarşılanıb.

Kənan Məmmədov
AzVision.az



Teqlər: İran   XİN   Zeytun-budağı  





Xəbər lenti