ABŞ-da tutulan erməni 32 cinayətdə ittiham olunur

ABŞ-da tutulan erməni 32 cinayətdə ittiham olunur
  06 Fevral 2018    Oxunub:2923
Erməni əsilli ABŞ vətəndaşı Artyom Qasparyan Los-Ancelesdə qətl törətmək daxil olmaqla cinayət məcəlləsinin 32 maddəsi üzrə məhkəmə qarşısına çıxarılacaq.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qasparyan 37 yaşlı kişinin qətlində ittiham olunur.
Ümumiyyətlə, 34 yaşlı Qasparyan 11 halda sui-qəsddə, 5 avtomobili atəşə tutmaqda, 2 nəqliyyat vasitəsini qaçırmaqda, adamların üstünə maşın sürməkdə, qanunsuz silah gəzdirməkdə, hücumda və başqa cinayətlərdə ittiham olunur.

Qasparyan məhkəmə iclasına əlil arabasında gətirilib. Belə ki, o, qadın və üç uşağı avtomobillə vurub qaçmq istəyərkən, polisin açdığı atəş nəticəsində yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Qətl   ABŞ  





Xəbər lenti