MSK Putinin namizədliyini qeydə aldı

MSK Putinin namizədliyini qeydə aldı
  06 Fevral 2018    Oxunub:2006
Rusiya Mərkəzi Seçki Komissiyası hazırki ölkə rəhbəri Vladimir Putinin prezidentliyə namizədliyini qeydə alıb.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, namizədin vəsiqəsi onun vəkilinə təqdim edilib. Putin seçkilərdə namizədliyini fərdi şəkildə irəli sürüb.



Qeydiyyat üçün Putinə üç yüz min seçici imzası toplamaq lazım idi. İmza vərəqələri qeydə alınması üçün lazım olan digər sənədlərlə birlikdə yanvarın 29-də MSK-ya göndərilib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-da keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Rusiya   MSK   Putin  





Xəbər lenti