Erməni generaldan etiraf: “Azərbaycan ordusu bizdən üstündür”

Erməni generaldan etiraf: “Azərbaycan ordusu bizdən üstündür”
  06 Fevral 2018    Oxunub:8804
“Azərbaycan ordusunun taktiki silah növləri daha çoxdur”.
AzVision.az xəbər verir ki, bunu “News.am” saytına açıqlamasında Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan bildirib.

Erməni general Azərbaycan ordusunun üstün olduğunu və daha çox silahlarla təchiz edildiyini etiraf edib.

O, qeyd edib ki, 1990-ci ildən sonra Ermənistan ordusunun təxminən 4000 zabiti Rusiya hərbi ali məktəblərində hazırlıq keçib. Arutyunyan əlavə edib ki, Rusiya Ermənistan ordusuna “Skad” və “İskəndər” raketlərini, “S-300” zenit raket kompleksini verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Cəbhə   Ordu   Azərbaycan  





Xəbər lenti