“Qadın sahibkarların hesabına 5671 iş yeri yaradılıb” - Komitə sədri

“Xüsusilə, kənd və rayonlarda yaşayan, xüsusi həssas yanaşma tələb edən qadınların, qaçqın və məcburi köçkün qadınların da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.
İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlara Kömək Milli Fondu digər dövlət qurumları ilə bərabər, regionlarda qadın sahibkarlarının fəaliyyətinin daha da möhkəmləndirilməsi üzrə iş aparır, onlara kiçik və orta biznesə başlamaları üçün kreditlər verilir”.
Komitə sədri bildirib ki, 2002-2016-ci illər ərzində 3787 qadın sahibkara 65.9 milyon manat güzəştli kredit verilib. 2002-2016-ci illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 5671 yeni iş yeri yaradılıb: “2017-ci ilin əvvəlində qadın sahibkarların sayı artaraq 143 090 nəfər təşkil edir. Bu gün aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində 971 qadın təlim keçib, 48 qadın isə sahibkarlıq fəaliyyətinə başlayıb. 2017-ci ildə regionlarda 5 Qadın Resurs Mərkəzi yaradılıb. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılı olmur, eyni zamanda, özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar”.
AzVision.az
Teqlər: Hicran-Hüseynova