“Bizə Osmanlının yeni varisləri deyirlər”

Xarici işlər naziri vurğulayıb ki, 110 il əvvəl Yəmən ilə Skopye bir ölkənin parçalarıydı, Ərzurum ilə Benqazi də həmçinin.
Davudoğlu bildirib ki, buna görə biz türklərə “ Osmanlının yeni varisləri” deyirlər.
“Bu, bizim üçün böyük şərəfdir. Bizim heç vaxt, heç bir ölkənin torpağında gözümüz olmayıb və olmayacaq" - deyə Ə.Davudoğlu bildirib.
Suriya və Qərbi Afrikada baş verənlər qarşısında Türkiyənin üzərinə düşən vəzifənin ən yaxşı şəkildə yerinə yetirildiyini deyən Davudoğlu, "Şiə-sünni, türk-kürd, ərəb-kürd, Müsəlman-Xristian qarşıdurması çıxarmaq istəyənlərin müvəffəqiyyət qazana bilməyəcəyini də vurğulayıb.
Azvision.az