Dəhşətli yol qəzası: iki ölü, dörd yaralı

Dəhşətli yol qəzası: iki ölü, dörd yaralı
  30 Sentyabr 2013    Oxunub:811
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. İki “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.

Ölənlərin adları dəqiqləşdirilir.

Qəza nəticəsində həmçinin bir ailənin dörd üzvü – 36 yaşlı Eldəniz Behbudov, onun həyat yoldaşı, 30 yaşlı Pərvanə Behbudova, onların övladları, 10 yaşlı Kənan və 13 yaşlı Tərgül ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.(apa)

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti