Türkiyə Rusiyaya kömək etdi

Türkiyə Rusiyaya kömək etdi
  07 Fevral 2018    Oxunub:2636
Suriyanın İdlib şəhərində terrorçular tərəfindən vurulmuş "Su-25" hərbi təyyarənin pilotunun nəşi Rusiyaya qaytarılıb.
AzVision.az xəbər verir ki, pilot Roman Filippovun cənazəsi Türkiyənin köməyi ilə Suriyadan Rusiyaya aparılıb. Faktı Rusiyanın Müdafiə Nazirliyi təsdiqləyib.

"Pilotumuzun gətirilməsində Türkiyə bizə yardım etdi" -deyə Rusiya tərəfi məlumat yayıb.

Qeyd edək ki, Rusiyaın Müdafiə Nazirliyi İdlib səmasında vurulmuş "Su-25" təyyarəsinin qalıqlarının qaytarılması üçün Türkiyədən kömək istəmişdi.

Xatırladaq ki, fevralın 3-də Rusiyaya məxsus "Su-25" təyyarəsi İdlibdə vurulub. Katapult edə bilən pilot Roman Filippov yerə sağ ensə də, silahlılar tərəfindən əhatə olunduğundan əsir düşməmək üçün özünü qumbara ilə partladıb. Pilot ölümündən sonra "Rusiya Qəhrəmanı" adına layiq görülüb.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Suriya   Təyyarə  





Xəbər lenti