Tayvanda təbii fəlakət: 188 nəfər yaralanıb

Tayvanda təbii fəlakət: 188 nəfər yaralanıb
  07 Fevral 2018    Oxunub:2027
Tayvanın şərqində yerləşən Hualyan şəhərində 6.5 bal gücündə zəlzələ baş verib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 188 nəfər xəsarət alıb.

Zəlzələnin təsirindən 5 yaşayış binası dağılıb, 550-dən çox ev işıqsız qalıb. "Marshal" otelində xeyli sayda insan köməksiz vəziyyətdə qalıb.



AzVision.az


Teqlər: Tayvan   Zəlzələ   Dağıntı  





Xəbər lenti