ABŞ İrana qarşı sanksiyaları geri götürür

ABŞ İrana qarşı sanksiyaları geri götürür
  30 Sentyabr 2013    Oxunub:905
Bu barədə ABŞ dövlət katibi Con Kerri məlumat verib.
Birləşmiş Ştatlar İranın açıqsözlülüyünün qarşısında Tehrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırmalıdır, deyə ABŞ dövlət katibi Con Kerri Amerikanın CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın nüvə problemi prezident Həsən Ruhaninin düşündüyündən daha da tez həll edilə bilər. Qeyd edək ki, Həsən Ruhani bir müddət əvvəl, “nüvə böhranın həlli 3-6 ay çəkəcək” demişdi.

“İki ölkə arasında razılığa gözləniləndən daha tez nail olmaq mümkündür. Hər şey İranın hazırlıqlara nə qədər açıq olmasından asılıdır. Sülh proqramı var. Bu proqram çərçivəsində İranla ən qısa zamanda razılığa gələ və məsələni kökündən həll edə bilərik”-deyə Con Kerri “60 dəqiqə” proqramında bəyan edib.

Qeyd edək ki, ABŞ hər zaman olduğu kimi İrandan nüvə obyektlərində yoxlamalar aparmağa icazə və rəsmi uranı sülh proqramında nəzərdə tutulan səviyyədən çox saflaşdırmamağı tələb edir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub. Bu, 1979-cu ildən sonra Amerika və İran prezidentləri arasında ilk danışıqdır.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti