Putin: `Dünya bütün kimyəvi silahları məhv etməlidir`

Putin: `Dünya bütün kimyəvi silahları məhv etməlidir`
  30 Sentyabr 2013    Oxunub:1163
Rusiya prezidenti dünyada yerdə qalan kimyəvi silah ehtiyatlarının məhv edilməsi barədə məsələ qaldırıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bütün dünyada olan kimyəvi silah ehtiyatlarını məhv etmək niyyətində olduğunu bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Putin kimyəvi silah barədə niyyətini G20 sammitində ABŞ prezidenti Barak Obama ilə görüşündən sonra səsləndirib. Rusiya prezidentinin sözlərinə görə, dünyada yerdə qalan bütün kimyəvi silah ehtiyatları zərərsizləşdirilməli, beynəlxalq nəzarətə verilməli və məhv edilməlidir.

Qeyd edək ki, daha əvvəl Putin bildirmişdi ki, Suriyada kimyəvi silah tətbiqinin düşünülmüş provokasiya olması barədə Rusiyanın əsasları vardır.

AzVision.az


Teqlər:





Xəbər lenti