“Ermənistanı yalnız möcüzə xilas edə bilər” - Erməni deputat

“Ermənistanı yalnız möcüzə xilas edə bilər” - Erməni deputat
  07 Fevral 2018    Oxunub:1960
“Ermənistanda qiymətlərin qalxması ilk növbədə hökumətin yürütdüyü iqtisadi vəziyyətin göstərcisidir”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın millət vəkili Aram Sarkisyan deyib.
Onun sözlərinə görə, əgər mövcud siyasət davam edəcəksə, miqrasiya azalmayacaqsa, iqtisadiyyat yüksəlməyəcəksə, Ermənistanı yalnız möcüzə xilas edəcək.

Deputat hesab edir ki, korrupsiyaya qarşı mübarizə aparıldığı deyilsə də, soyğunçuluq davam edir: “Soyğunçuluq sonsuza qədər davam edə bilməz, gün gələcək bütün resurslar tükənəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti