Almaniya XİN-də Qarabağ müzakirəsi aparıldı

Almaniya XİN-də Qarabağ müzakirəsi aparıldı
  07 Fevral 2018    Oxunub:1886
Azərbaycanın Xarici İşlər Nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq cari ilin 6 fevral tarixində Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini dilə gətirib. Nazir müavini Xələf Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulamışdır. Görüş zamanı əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilmiş və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf ikitərəfli yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. Nazir müavini sözügedən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Görüş çərçivəsində həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa Şurası çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

İkitərəfli siyasi məsləhətləşmələrdə AR-in AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Xələf-Xələfov   Almaniya   XİN   Qarabağ  





Xəbər lenti