Tayvanda növbəti zəlzələ: 6 ölü, 258 yaralı (Yenilənib)

Tayvanda növbəti zəlzələ: 6 ölü, 258 yaralı (Yenilənib)
  07 Fevral 2018    Oxunub:2316
Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakətdən sonra 258 nəfər yaralanıb, 76 itkin düşmüş sayılır. Şəhərdə bir neçə bina dağılıb, körpülər zədələnib, yol örtüklərində çatlar yaranıb. Hazırda 1,3 min mütəxəssisin cəlb olunduğu axtarış-xilasetmə işləri davam edir.

Eyni zamanda bu gün yenidən Tayvanın şərq sahillərində 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Hualyan rayonunu yaxınlığında dəniz akvatoriyasında qeydə alınıb.

***

Tayvanın Xualyan şəhərində silsilə zəlzələlər nəticəsində 4 nəfər ölüb, 247 nəfər xəsarət alıb.

AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, 82 nəfər itkin düşmüş sayılır. Təbii fəlakət zamanı bəzi binalar qəzalı vəziyyətə düşüb. Qeyd olunub ki, qəzalı vəziyyətdə olan binalardan 120 nəfər xilas edilib.



Hazırda 1300 mütəxəssisin iştirakı ilə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Təlim görmüş itlər insanların axtarışına cəlb edilib.

AzVision.az


Teqlər: Tayvan   Zəlzələ  





Xəbər lenti