Erməni rusu doğradı -VİDEO

Erməni rusu doğradı -VİDEO
  30 Sentyabr 2013    Oxunub:1174
Moskvada ermənilərlə ruslar arasında atışma olub.
Moskvada ermənilərlə ruslar əlbəyaxa olub. Hadisə ”1920” adlı gecə klubunun qarşısında səhər saat 7 radələrində baş verib. Bir qrup erməni və rus biri-birilərinə qarşı odlu silah və bıçaqdan istifadə ediblər.

İlkin məlumata görə, Porsche Cayenne avtomobilində kluba yaxınlaşan erməniləri içəri buraxmayıblar. Buna etiraz edən ermənilər silaha əl atıblar.

İnsident nəticəsində klubun müştərilərindən biri 24 yaşlı Qriqoriy Xoryev çoxsaylı bıçaq zərbələri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar çərçivəsində avtomobil aşkar edilib.3 erməni Arsen Simonyan və adı açıqlanmayan bir qız şübhəli şəxs qismində saxlanılıb.

Ermənilərin bu gün dindirilməsi gözlənilir.

S. Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti