Azad Rəhimov Fələstində səfərdədir

Azad Rəhimov Fələstində səfərdədir
  07 Fevral 2018    Oxunub:2171
Fevral 6-dan başlayaraq Fələstin Dövlətində “Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” mövzusunda konfrans başlayıb.
Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransın açılışı zamanı Mərakeş, Bəhreyn krallığı, Küveyt, Pakistan, Qətər, İordaniya, Türkiyə və digər ölkələrin idmana məsul nazirləri çıxış ediblər.

Açılış mərasiminin sonunda Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın çıxışı dinlənilib. “Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” konfransının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti, bu istiqamətdə qəbul olunmuş Dövlət Proqramları, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlər, layihələr haqqında məlumat verib. Nazir, eyni zamanda, islam dünyası gənclərinin bəşəriyyətdə sülhün inkişafına, insanlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir gəstərəcəyini xüsusi olaraq diqqətə çatdırıb.

Nazir Azad Rəhimov tədbir zamanı müxtəlif ölkələrin idmana məsul nazirlərini bu ilin aprel ayında Bakıda keçiriləcək Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransına dəvət edib. İl boyu planlaşdırılan proqramlar Qüdsün tarixinə dair biliklərin beynəlxalq aləmdə artırılmasına kömək edəcək, müsəlman ölkələrinin gəncləri arasında əməkdaşlıq, birgə iş və dostluq münasibətlərinin möhkəmlənməsinə yardımçı olacaqdır. İki gün davam edəcək konfrans bu gun öz işini yekunlaşdırır.

AzVision.az


Teqlər: Azad-Rəhimov   Fələstin  





Xəbər lenti