“Rusiya ilə vuruşacaq qədər güclənməliyik”

“Rusiya ilə vuruşacaq qədər güclənməliyik”
  04 Mart 2013    Oxunub:1648
“İran bircə gün alış-verişi kəssə, Ermənistan acından ölər”.
Baş nazirin müavini Əli Həsənov Türkiyənin “Zaman” qəzetinə müsahibəsində Ankaranın da dəstək verdiyi iqtisadi blokada siyasətinin İran tərəfindən qəbul edilməməsinə etiraz edib.

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri “İran bircə gün alış-verişi kəssə, Ermənistan acından ölər”,-deyib.
Əli Həsənovun sözlərinə görə, baş nazir Ərdoğan çıxış etdiyi bütün beynəlxalq konfrans və tədbirlərdə Qarabağın işğalı bitənə qədər Türkiyə-Ermənistan sərhədlərini açılmayacağını bildirdiyi halda, rəsmi Tehran Ermənistanla açıq-aşkar əməkdaşlıqdan çəkinmir.

Nazir müavini Erməni işğalı altındakı Azərbaycan torpaqlarının hərbi yolla azad ediləcəyi halda qarşı tərəfin Ermənistan deyil, Rusiya olacağını da vurğulayıb : “Bizim müharibə yoluna baş vurmağımız üçün Rusiyanın Qarabağdakı hərbi birliklərinə qarşı mübarizə aparacaq qədər güclənməliyimiz mütləqdir. Çünki bizim qarşımıza çıxacaq qüvvə erməni deyil, rus əsgərləridir. Məgər, bizim torpaqlarımızı Ermənistan işğal edib ? Ermənistanın buna gücü çatardımı?”,-deyə Əli Həsənov deyib.

Doğulub böyüdüyü Qarabağ torpaqlarının Rusiyanın dəstəyi ilə işğal edildiyini vurğulayan Həsənov “Rus əsgərlərinin tankdan çıxıb, qələbələrini ermənilərlə şampan partladaraq qeyd etdiklərini öz gözlərimlə görmüşəm” deyib.

Minsk qrupunun fəaliyyətinin ümidverici olmadığını deyən Əli Həsənovun fikrincə Qarabağ münaqişəsinin həlli yolu Amerikadan keçir : “Amerika münaqişənin həll olunmasını istəyirsə Rusiya ilə qarşı-qarşıya oturub müzakirələrə başlamalıdır. Əgər bunu edə bilmirsə Ermənistanı Rusiyanın təsirindən xilas etməlidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti