Naxçıvanda qanunsuz yaşayan 28 əcnəbi aşkar edilib

Bu müraciətlərdən 72-si əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Yanvar ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 553 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 234-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.
AzVision.az