Gələn ildən həkimlərin maaşı artırılacaq

Gələn ildən həkimlərin maaşı artırılacaq
  30 Sentyabr 2013    Oxunub:1097
Bu gün Milli məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, komitənin gündəliyinə 5 məsələ daxil edilib. Bunlardan 3-ü “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna, “Sosial müavinətlər haqqında” qanuna, “Uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə məsələlərdir.

Hadi Rəcəbli bildirib ki, bunlar əhalinin sosial müdafiəsi haqqında sənədlərdir. “Uzun müddətdir ki, çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı sənədin ortaya çıxması müzakirə edilirdi. Prezidentin imzası ilə komitəyə daxil olan sənəddə artıq 5-dən çox uşağı olan analara müavinətin verilməsi nəzərdə tutulur.

İkinci məsələ biz daim həkimlərin əmək haqqının artırılması haqqında söhbət edirik, müzakirələr aparırıq. “Tibbi sığorta haqqında” Qanun buna böyük imkanlar verir. Gələn il bu layihə işləyəndən sonra əmək haqqında dəyişiklər olacaq. Bu səhiyyə sistemində çalışan insanları sevindirəcək”.

Sosial siyasət komitəsinin eksperti Məhəmməd Bazıqov gündəliyə daxil olan məsələlər barəsində danışıb. 2013-cü ilin mayında qeysəriyyə kəsiyi əməliyyatı ilə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini xatırladan ekspert bildirib ki, indi isə həmin əməliyyatla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişiklər nəzərdə tutulur.

Bu dəyişiklər əsasən qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları ilə müəyyənləşdirilir. Yəni gələcəkdə onların inzibati xəta sayılıb sayılmaması məsələsi bu əsaslarla müəyyən oluncaq”.

H.Rəcəbli daha sonra qeyd edib ki, “Sosial müavinətlər haqqında” Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən isə müavinət 5-ci uşağın bir yaşı olandan sonra həmin ailəyə veriləcək. “Və bu müavinət uşağın 18 yaşı olanacan davam edəcək. Azərbaycanda 5-dən çox uşağı olan 10 mindəın çox ailə var. Azərbaycanda ildə təbii artım 125 min nəfərdir. Bu əhalinin arıtımına dəstək olacaq, həm də insanların sosial durumuna təsir edəcək. Qanun layihəsi yanvarın 1-dən qüvvəyə minəcək”.

Sevinc


Teqlər:  





Xəbər lenti