İtaliya Qarabağa görə erməni alimə rədd cavabı verdi

İtaliya Qarabağa görə erməni alimə rədd cavabı verdi
  08 Fevral 2018    Oxunub:4283
Florensiyada İran və Qafqaz ərazisində kurqanlarla bağlı keçiriləcək elmi konfransda erməni alim iştirakına icazə verilməyib.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə müsahibəsində Ermənistan Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya İnstitutunun əməkdaşı Njde Eranyan bildirib.

Onun sözlərinə görə, apardığı araşdırma işğal altında olan Dağlıq Qarabağla bağlı olduğundan konfransda iştirakla bağlı müraciətinə rədd cavabı verilib.

“Mənə bildirdilər ki, YUNESKO-nun qərarına əsasən, mübahisəli zonalarda arxeoloji araşdırmaların aparılması qadağandır. Qarabağ isə münaqişə zonasıdır”, - deyə erməni alim bildirib.

Eranyan qərara etiraz etsə də, bu, heç nəyi dəyişməyib.

Qeyd edək ki, 29-30 mart tarixlərində İtaliyanın Florensiya şəhərində İran və Qafqaz ərazisində kurqanlarla bağlı elmi konfrans keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Erməni   İtaliya   Alim   Qarabağ  





Xəbər lenti