BMT-nin baş katibi hamını sülhə çağırdı

BMT-nin baş katibi hamını sülhə çağırdı
  08 Fevral 2018    Oxunub:1540
BMT-nin baş katibi Antonio Quterreş Koreya Respublikasına səfər gəlib.

AzVision.az BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Quterreş ölkə rəhbərliyi ilə görüşlər keçirəcək, daha sonra XXIII Qış Olimpiya Oyunlarının keçirildiyi Pxençxan şəhərinə yollanacaq.
BMT baş katibi oyunlardan əvvəl Olimpiya sülhü barədə çağırış edib: “Mən bütün münaqişə tərəflərinə 2018-ci il Olimpiya və Paralimpiya Oyunları zamanı “Olimpiya sülhü”nə riayət etməyə çağırıram. Olimpiya alovu insanlar üçün həmrəylik mayakı olsun”, - deyə BMT Baş katibi bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMT   Münaqişə   Sülh  





Xəbər lenti