Erməni milyarder Moskvada həbs olundu

Erməni milyarder Moskvada həbs olundu
  08 Fevral 2018    Oxunub:2771
Rusiyanın paytaxtı Moskvada tanınmış biznesmen, mesenat, Donbasda mülkləri olan erməni əsilli oliqarx Oleq Mkrtçyan həbs olunub.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Oleq Mkrtçyan “Donbas sənaye birliyi”nin təsisçisi və rəhbəri sayılır, üç müxtəlif ölkədə (Rusiya, Ukrayna və Ermənistan) üç futbol klubun idarə olunmasında iştirak edir və “Mançester Yunayted”, “Arsenal”ın sabiq oyunçusu Henrix Мxitaryanın taleyinə biganə olmayan şəxs kimi tanınır.
"Şaxtyor" Henrix Мxitaryanı “Mançester Yunayted”ə satan zaman oyunçunun 50% hüququ ona məxsus idi. Oleq Mkrtçyan Henrix Мxitaryanın “Dortmund”an transfer edilməsindən 27, 5 milyon avro qazanmışdı.

Ermənistanda “Banants” (Yerevan) klubunun sahibi olan Mkrtçyanın Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçevilə münasibəti yaxşı idi və o, yerli “Kuban” futbol komandasına kömək edirdi.

Hazırda erməni oliqarx Rusiya “Vnesheconombank”ının vəsaitlərinin mənimsənilməsində ittiham olunaraq, 2 ay müddətinə həbs olunub.

Qeyd edək ki, “Forbes” jurnalının məlumatına görə, Mkrtçyan 2016-ci ildə Ukraynanın zəngin iş adamlarının siyahısında 33-ci yeri tutub. Onun sərvəti 1.25 milyard dollar dəyərində qiymətləndirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Həbs   Moskva  





Xəbər lenti