Qəbiristanlıqdan oğurluq edən üç yeniyetmə tutuldu

Qəbiristanlıqdan oğurluq edən üç yeniyetmə tutuldu
  08 Fevral 2018    Oxunub:1509
Kürdəmirdə qəbiristanlıqdan oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Xırdapay kəndindəki qəbiristanlıqda qəbirlərinin ətrafına çəkilmiş məhəccərlərin üzərilərində quraşdırılmış alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti