Əbülfəs Qarayev üç səfirlə görüşüb

Əbülfəs Qarayev üç səfirlə görüşüb
  08 Fevral 2018    Oxunub:2172
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistan səfiri Məkan İşanqulyev, Meksika Birləşmiş Ştatlarının səfiri Rodrigi Lobardini və Tacikistan Respublikasının səfiri Rüstam Solini qəbul edib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycanla bu ölkələr arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri, hüquq-müqavilə bazalarının inkişaf etdirilməsi və onların əsasında konkret tədbirlərin əks olunduğu fəaliyyət planının hazırlanması, ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Nazir Ə.Qarayev Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalı və "AİTF-2018" – 17-ci Beynəlxalq Turizm və Səyahətlər Sərgisi barədə məlumat verib. Eyni zamanda, il ərzində Azərbaycanda keçiriləcək mədəniyyət və turizm tədbirləri, xüsusilə oktyabr ayında keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Humanitar Forumu haqqında səfirləri ətraflı məlumatlandıraraq ölkələrini tədbirdə yaxından iştiraka dəvət edib.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti