“Müğənniləri professorlardan üstün tuturlar” - Baş onkoloqdan TV-lərə etiraz

Bunu AzVision.az-a Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.
Baş onkoloq bildirib ki, televiziyalarda belə verilişlərin açılması üçün sponsor tələb olunur: “Bizim reklam olunmağa ehtiyacımız yoxdur. Hansı televiziyaya gedirlər, sponsor istəyirlər. Bizdə elə şey yoxdur. Ona görə də biz qıraqda qalırıq. Televiziyalarda elmi publisistik proqram olmalıdır. Müğənnidən başqa elmi professor yoxdur ki, onun doğum gününü qeyd etsinlər? Camaata göstərsinlər ki, bunun cəmiyyətə verdiyi xeyir digərindən qat-qat üstündür. Bir azərbaycanlı həkim-təbib yoxdur ki, çıxıb xəstəlik haqqında danışsın, məlumat versin? Professorun cəmiyyətdə gördüyü iş çoxdur, yoxsa müğənninin? Telekanallar müğənniləri professorlardan üstün tuturlar”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Baş-onkoloq Telekanal Xərçəng