Evdən meyit və külli miqdarda narkotik tapıldı

Mənzilə baxış zamanı həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də aşkar edilib götürülərək ekspertizaya təqdim olunub. Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib.
İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanılıb.
AzVision.az