Səudiyyə generalı Azərbaycanın döyüş texnikalarına baxdı - FOTOLAR

Səudiyyə generalı Azərbaycanın döyüş texnikalarına baxdı - FOTOLAR
  08 Fevral 2018    Oxunub:3029
Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində, general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini, Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını, “N” nömrəli hərbi hissəni və Hərb Tarix Muzeyini ziyarət edib.



Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi   Səudiyyə-Ərəbistanı  





Xəbər lenti