Millimiz Bakıda yoldaşlıq oyunu keçirəcək

Millimiz Bakıda yoldaşlıq oyunu keçirəcək
  08 Fevral 2018    Oxunub:1585
Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək.
AzVision.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, millimiz Bakıda Belarus yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç martın 23-ü saat 20:00-da başlayacaq.

Bu, Azərbaycan milli komandasının 2018-ci ildə Bakıda ilk oyunu olacaq. Eləcə də Qurban Qurbanov da millinin yeni baş məşqçisi kimi məhz həmin gün doğma meydanda debüt edəcək.

Qeyd edək ki, millimiz martın 27-də Antalyada Makedoniya, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoxlama görüşü keçirəcək.

AzVision.az


Teqlər: Milli   Azərbaycan   AFFA   Belarus  





Xəbər lenti