“BakıKart” ləğv edilir? - BNA məlumat yaydı

“BakıKart” ləğv edilir? - BNA məlumat yaydı
  08 Fevral 2018    Oxunub:4238
Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir.

Qeyd olunub ki, qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik.

AzVision.az


Teqlər: BNA   Bakı-Kart  





Xəbər lenti