“Ermənistanda siyasi bataqlıq daha dərindir” - Saakaşvili

“Ermənistanda siyasi bataqlıq daha dərindir” - Saakaşvili
  08 Fevral 2018    Oxunub:5751
"Mən düşünürdüm ki, Ukraynada dərin siyasi bataqlıq var. Lakin etiraf etmək lazımdır ki, bu, Ermənistanda daha dərindir".

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili "Facebook" səhifəsində yazıb.
Saakaşvili Ermənistandakı problemlərin qaydasına düşəcəyinə inanmaq istədiyini deyib.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda Saakaşvilinin erməni dilinə tərcümə olunmuş “Gücün oyanışı” adlı kitabının təqdimat mərasimi keçirilməli idi. Təqdimatın əvvəlcə Yeqiş Çarenç adına ev-muzeydə, daha sonra “Noyan Tapan” kitab mağazasında keçirilməsi gözlənilirdi. Son anda təqdimat mərasimi təxirə salındı.

“Armtimes”-ın məlumatına görə, “Facebook”-un erməni auditoriyası – deputatlar, jurnalistlər, publisistlər təqdimat mərasiminin ləğvini müzakirə edərək İrəvanın bu addımını senzura olaraq dəyərləndiriblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Saakaşvili   Ermənistan  





Xəbər lenti