Çoxuşaqlı ailələrə müavinət məsələsi müzakirə olundu

Çoxuşaqlı ailələrə müavinət məsələsi müzakirə olundu
  30 Sentyabr 2013    Oxunub:1090
Bu gün Milli Məclisin sosial siyasət komitəsini iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Musa Quliyev müzakirə olunan qanun layihələrinə münasibət bildirib.

O, təklif edib, 5 və daha çox uşağı olan qadınlara müavinət təyin edilsin: “18 yaşı da biz aydınlaşdırmalıyıq. Böyük uşağın 18 yaşı ya sonuncu uşağın. Biz bunu sonuncu uşaq etməliyik. O vaxta qədər qadınlara müavinət verilməlidir”.

M.Quliyev qeysəriyyə kəsiyi əməliyyatına münasibət bildirib. “Mən hesab edirəm ki, qeysəriyyə kəsiyi əməliyyyatı müvafiq icra qurumları protokol hazırlansın. Səhiyyə Nazirliyi tərəfindən protokol hazırlansın və xəstəxanalara göndərilsin”

Deputat Məlahət İbrahimqızı da qanun layihələrindən danışıb: “Təklif edirəm ki, 5 və 5-dən artıq uşaq olan və əgər həmin uşaqlar hər iki valideynlərini itiribsə, bu yaş 18-də qalacaqmı? Buna aydınlıq gətirilsin . Bəlkə həmin uşaqlara imtiyaz olsun?”

Qız uşaqlarının abortundan danışan millət vəkili təklif edib ki, həmin həkimlər də cəzalandırılsın: “Qız uşaqlarının doğuşunda azalma müşahidə olunub. Bəlkə ekspertlər buna diqqət yetirsinlər və həkimlər cərimələnsin?”

Millət vəkili Elmira Axundova deyib ki, qanun layihəsində 5-dən çox uşaq nəzərdə tutulub. “Bu isə o deməkdir ki, bu 5 uşağı olana yox, 6 və daha çox uşağı olana veriləcək. Buna aydınlıq gətirilsin. Eyni zamanda burada qeyd edilir ki, 5-ci uşağın 1 yaşı olandan sonra veriləcək. Ana uşağın 1 yaşı olana kimi bəs nə edəcək? Qeyd edilir ki, uşağın 18 yaşı olanacan müavinət veriləcək. Burada hansı uşağa aid edilir?”

H. Rəcəbli bildirib ki, 18 yaş məsələsi 1-ci uşağa aid edilir. “Belə ki, birinci uşağın bir yaşı olandan sonra müavinət kəsiləcək. Layihə belə qoyulub”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti