7 cüdoçumuz “Böyük Dəbilqə”də

7 cüdoçumuz “Böyük Dəbilqə”də
  08 Fevral 2018    Oxunub:2041
Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” yarışı keçiriləcək. Fevralın 10-da start götürəcək turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar.
Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında 7 cüdoçumuz medallar uğrunda yarışacaq. İki gün davam edəcək “Böyük dəbilqə” turnirində ölkəmizi Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Əbdülhəqq Rəslullu (90 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (78 kq-dan yuxarı) təmsil edəcəklər.

Qeyd edək ki, beynəlxalq yarışda 73 ölkədən 429 idmançı (248 kişi, 181 qadın) mübarizə aparacaq.

AzVision.az


Teqlər: Cüdo   Böyük-Dəbilqə  





Xəbər lenti