MSK-dan seçki xəbərdarlığı - Sosial şəbəkələr izləniləcək

MSK-dan seçki xəbərdarlığı - Sosial şəbəkələr izləniləcək
  08 Fevral 2018    Oxunub:4644
Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.

AzVision.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, çıxışlar televiziya ilə yanaşı radio vasitəsilə də yayımlanacaq. Bu, məlumatların daha çox insanın diqqətinə çatmasına şərait yaradacaq. Həmçinin, MSK üzvlərinin “Azərbaycan” qəzetində məqalələri çıxacaq.

Komissiya sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini vurğulayıb.

"Sosial şəbəkələrlə bağlı təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK  





Xəbər lenti