Qaxda 10 otaqlı ev yanıb

Qaxda 10 otaqlı ev yanıb
  08 Fevral 2018    Oxunub:1550
Qax rayonunda yanğın hadisəsi qeydə alınıb.
FHN-in Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə rayonun Qaxbaş kəndində baş verib.

Belə ki, həmin ərazidə hər mərtəbəsi 180 m2 olan üçmərtəbəli 10 otaqlı evdə ev əşyaları 95 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti