Prezident seçkiləri Azərbaycanın daxili işidir - Rəsmi Moskva

  08 Fevral 2018    Oxunub : 1058
Prezident seçkiləri Azərbaycanın daxili işidir - Rəsmi Moskva

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib.

AzVision.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycanda Prezident seçkilərinin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərə bilməsi barədə sualını şərh edib. Bildirib ki, Azərbaycanda keçiriləcək pezident seçkiləri bu ölkənin daxili işidir.

“Hesab edirəm ki, Azərbaycanda Prezident seçkiləri suveren dövlətin daxili işidir. Seçkilərin vaxtının dəyişdirilməsinin motivləri, səbəbləri və formatı barədə şərhlər üçün ilk növbədə Azərbaycan tərəfinə müraciət etmək lazımdır. Artıq bu cür şərhlər səslənib”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Moskva   Azərbaycan