DİM TOEFL imtahanı keçirəcək

DİM TOEFL imtahanı keçirəcək
  08 Fevral 2018    Oxunub:2421
Dövlət İmtahan Mərkəzində (DİM) fevralın 10-da növbəti TOEFL IBT imtahanı keçiriləcək.
DİM-dən AzVision.az-a bildiriblər ki, TOEFL IBT imtahanı mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanındakı inzibati binasında saat 09.00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dək imtahan binasında olmalıdırlar.

TOEFL imtahanı haqqında ümumi məlumatla tanışlıq və qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti