Əfv komissiyası toplandı: Daha 100 müraciətə baxıldı

Əfv komissiyası toplandı: Daha 100 müraciətə baxıldı
  08 Fevral 2018    Oxunub:1646
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

AzVision.az-ın məlumatına görə, iclasda 100-dən çox müraciətə baxılıb.
Müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Xatırladaq ki, komissiyanın bundan əvvəl keçirilən iclaslarında 300-dən çox müraciətə baxılıb. Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv   Komissiya   İclas  





Xəbər lenti