Həmsədrlərin Ermənistana səfəri başlayıb

Həmsədrlərin Ermənistana səfəri başlayıb
  08 Fevral 2018    Oxunub:2008
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri başlayıb. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, həmsədrlər öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib. Daha sonra onlar Dağlıq Qarabağa səfər edəcəklər.

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov jurnalistlərin suallarını cavabsız qoyub. O, "No Comment" deməklə kifayətlənib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Qarabağ   Ermənistan  





Xəbər lenti