965 əlilə protez-ortopedik məmulatlar verilib

965 əlilə protez-ortopedik məmulatlar verilib
  08 Fevral 2018    Oxunub:1500
Bu ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi əlilliyi olan şəxslərin müraciətlərinə və ehtiyaclarına uyğun olaraq 1820 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, onlardan 105 ədədini yuxarı və aşağı ətraf ortezi, 72 ədədini yuxarı və aşağı ətraf, habelə döş protezi, 447 ədədini müxtəlif reabilitasiya vasitələri, 41 ədədini bel və boyun nahiyəsi üçün korset təşkil edib. Bundan başqa əlilliyi olan şəxslərə 20 cüt protez ayaqqabı, 364 cüt ortopedik ayaqqabı, 82 ədəd dördayaqlı dayaq vasitəsi, 92 cüt dirsəkaltı ağac, 52 cüt qoltuqaltı ağac, 148 ədəd əsa və s. verilib. Son bir ayda tibbi göstərişi olan əlilliyi olan şəxslərə isə 225 ədəd əlil arabası təqdim olunub.

İlin ilk ayında ümumilikdə 965 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onların 95 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanlar təşkil edib.

Stasionar şəraitdə bərpa xidmətlərinin göstərilməsi işləri də davam etdirilib. Yanvar ayında Protez-Ortopedik Bərpa Mərkəzinin stasionar bölməsinə 61 nəfər əlilliyi olan şəxs qəbul edilib. Onlar ehtiyac duyduqları reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) ilə təmin olunublar.

AzVision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti