Türkiyə ordusu 1028 terrorçunu məhv edib

Türkiyə ordusu 1028 terrorçunu məhv edib
  09 Fevral 2018    Oxunub:1351
Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında öldürülən terrorçuların sayı açıqlanıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu günədək 1028 terrorçu məhv edilib. İŞİD, PKK , PYD, YPG qruplaşmalarına məxsus silah anbarları və sığınacaqlara Türkiyə ordusu tərəfindən aviazərbələr endirilib.

Türkiyənin Baş Qərargahı əməliyyatların uğurla davam etdirildiyini bəyan edib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   Afrin   PKK  





Xəbər lenti