Putinin 6 illik gəliri açıqlandı

Putinin 6 illik gəliri açıqlandı
  09 Fevral 2018    Oxunub:2394
Rusiya prezidenti Vladimir Putinin 6 il ərzində əldə etdiyi gəlir və var-dövləti açıqlanıb.
AzVision.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Putin geridə qalan 6 il ərzində 38 milyon 528 min 817 rubl (673 min dolar) əldə edib.

Rusiya prezidentinin qazancı prezident maaşı, hərbi təqaüd və banka olan hesabından əldə olunan vəsaitdən ibarətdir.

Məlumata görə, Putinin Sankt-Peterburqda 77 kv/m mənzili və 18 kv/metrlik qarajı, həmçinin Moskvada 157 kv/m evi qeydiyata alınıb.

Putin eyni zamanda 1960 və 1965-ci illər istehsalı olan 2 ədəd QAZ-M21-ə, 2009 istehsalı "Niva"ya sahibdir.

AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti