Avropa ölkələrində yay vaxtına keçid ləğv olunur

Avropa ölkələrində yay vaxtına keçid ləğv olunur
  09 Fevral 2018    Oxunub:1706
Avropa Parlamentinin Strasburqda keçirilən iclasında Avropa İttifaqı ölkələrində yay və qış vaxtlarına keçid rejiminin ləğv olunmasına dair qərar qəbul olunub.
"Anadolu" agentliyinin məlumatına görə, parlament üzvlərinin 384-ü layihənin lehinə, 153-ü əleyhinə səs verib, 12 deputat bitərəf qalıb.

Prosedura əsasən, qərar Avropa komissiyasında dəyərləndiriləcək. Avropa İttifaqının sammitində müsbət nəticə əldə olunacağı təqdirdə məsələ üzv ölkələrin parlamentlərində müzakirəyə çıxarılacaq.

AzVision.az


Teqlər: Avropa-Parlamenti   Avropa-İttifaqı   Yay-vaxtı  





Xəbər lenti