Brüsseldə Azərbaycanla bağlı önəmli iclas keçiriləcək

Brüsseldə Azərbaycanla bağlı önəmli iclas keçiriləcək
  09 Fevral 2018    Oxunub:1976
Bu gün Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə baş tutacaq.

Tərəflərin danışıqlar zamanı iqtisadi və ticarət əməkdaşlığı, "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti", Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan     Brüssel   Məmmədyarov  





Xəbər lenti