Namizəd deputatlar parlamentə gəlmədilər

Namizəd deputatlar parlamentə gəlmədilər
  30 Sentyabr 2013    Oxunub:929
Bu gün Milli Məclisin (MM) 2013-cü il payız sessiyasının ilk iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, sessiya dövlət həminin səslənməsi ilə öz işinə start verib.

Parlementin spikeri Oqtay Əsədov millət vəkillərini payız sessiyasının ilk iclasının başlanması münasibətilə təbrik edərək, 2013-cü il yaz və növbədənkənar sessiyalarını uğurla başa çatdığını vurğulayıb.

Spiker deyib ki, həmin dövr ərzində parlamentin 15 iclası keçirilib və bu iclaslarda 171 qanun – qərar layihələri qəbul edilib. Spikerin sözlərinə görə, həmin dövrdə həmçinin parlamentin beynəlxaq əlaqələri də inkişaf edib və bu dövr ərzində 34 ölkəyə 85 rəsmi səfər olunub.

Sonra O.Əsədov öz işinə başlayan payız sessiyasının da öz işini uğurla həyata keçəcəyini bildirərək, qarşıdan gələn 9 oktyabr prezident seçkilərinin Azərbaycan xalqının taleyində böyük rol oynacağını bildirib.

Spikerin son fikirləri millət vəkilləri tərəfindən alqışla qarşılanıb.
Onu da qeyd edək ki, payız sessiyasının ilk iclasına prezidenliyə namizədlər İqbal Ağazadə, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev və İlyas İsmayılov iclasa qatılmayıblar.


Teqlər:  





Xəbər lenti