Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb
  09 Fevral 2018    Oxunub:1414
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb.
AzVision.az-ın xəbərinə görə, iclas Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilir.

İclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqları müzakirə edəcəklər. İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlər daxil olmaqla, enerji əməkdaşlığı məsələsini müzakirə edəcəklər. İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.




AzVision.az


Teqlər:   Azərbaycan   XİN  





Xəbər lenti