Fransanın məşhur futbolçusu Bakını təriflədi - FOTOLAR

Fransanın məşhur futbolçusu Bakını təriflədi - FOTOLAR
  09 Fevral 2018    Oxunub:3569
“Bakı hər zaman idman yarışlarının keçirilməsində maraqlı olub və xüsusi təşəbbüslər göstərib”.

AzVision.az xəbər verir ki, bunu futbol üzrə Fransanın milli heyətində dünya çempionu olan Kristian Karambö deyib. Hazırda Bakıda səfərdə olan məşhur futbolçu Azərbaycanın paytaxtını bəyəndiyini deyib.
“Mən Bakıya gəlməkdən çox məmnunam. Bakı həmişə idman tədbirlərinin keçirilməsində maraqlı olub və təşəbbüs göstərib. Qeyd etmək lazımdır ki, Bakı həddən artıq müasir şəhərdir. Azərbaycandan söz düşmüşkən futbolunu qeyd etmək lazımdır. Bildirmək istəyirəm ki, milliniz Prosineçkinin rəhbərliyi altında yaxşı çıxış etdi.

Bizim bu dünya kuboku uzun məsafələr qət edib və artıq Bakı 16-cı şəhərdir ki, kubokla səfər edirik. Səfərimizin uzun olması bizi kubokun bütün futbolsevərlərə nümayiş etdirməkdən çəkindirməyib”.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətirilib. Ölkəmizə xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib.

Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada start götürən tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min kilometr məsafə qət edən kubok səyahətini futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.









Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Kristian-Karambö   Futbol   Kubok   Fransa  





Xəbər lenti